10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
“Real”ın futbolçusu Ronaldunun yanına getmək istəyir - Fotolar
Tarix: 22-10-2018 18:43 | Bölmə: İdman
“Real”ın futbolçusu Ronaldunun yanına getmək istəyir

Madridin “Real” klubunun braziliyalı müdafiəçisi Marselo klubun qış transfer pəncərəsində dəyişmək niyyətindədir.

Reyting.az bildirir ki, braziliyalı artıq öz planı haqda komandanın rəhbərliyinə məlumat verib.

Fubolçu keçmiş klub yoldaşı, portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi Turinin “Yuventus”una getmək istəyir.

“Real”ın futbolçusu Ronaldunun yanına getmək istəyir

Avqustun 29-da məlumat verilib ki, Ronaldu da “Yuventus”un rəhbərliyindən Marselonu əldə etməyi xahiş edib.

Portuqaliyalı və onun agenti hesab edir ki, “Real” müdafiəçinin təxminən 50 milyon avroya ayrılmasına razılaşa bilər.

Ronaldu “Yuventus”a 2018-ci ilin yayında qoşulub. 33 yaşlı futbolçunun transferi Turin klubuna 100 milyon avroya başa gəlib.

“Real”ın futbolçusu Ronaldunun yanına getmək istəyir

Marselo “Real”da 2007-ci ildən çıxış edir. Müdafiəçi “kral” klubunun heyətində 326 oyun keçirib, rəqiblərinin qapısına 24 qol vurub.

Marselo dördqat İspaniya çempionudur. Braziliyalı madridlilərin heyətində bir bu qədər də Çempionlar liqasında qalib olub.

Futbolçu daimi Braziliya millisinə də çağırılır. O, milli komandada 58 oyunda 6 qol vurub.

Marselo Braziliya millisi ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu