12:06 / 13-11-2018
Sabahın hava proqnozu
"Real" Lopeteqini əvəzləməyə əsas namizəd tapıb
Tarix: 22-10-2018 20:28 | Bölmə: İdman
"Real" Lopeteqini əvəzləməyə əsas namizəd tapıb

Madridin “Real” klubunun rəhbərliyi baş məşqçi Xulen Lopeteqini yaxın zamanda istefaya yollaya bilər.

Reyting.az bildirir ki, “Marca”nın məlumatına görə, Lopeteqinin yerinə əsas namizəd argentinalı mütəxəssis Santyaqo Solaridir.

O, 2016-cı ildən “Real”ın gənclər komandasına rəhbərlik edir. Solari “Kral klubu”nun keçmiş oyunçusudur və 2000-ci ildən 2005-ci ilədək madridlilərin heyətində çıxış edib.

Lopeteqinin yerinə digər namizəd İtaliya millisinin, Turinin “Yuventus” və Londonun “Çelsi” klublarının keçmiş baş məşqçisi Antonio Kontedir.

“Real”ın bütün turnirlərdə qələbələrsiz seriyası 5 oyuna çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu