“Qarabağ” cəzalandırıldı
Tarix: 23-10-2018 14:07 | Bölmə: İdman
“Qarabağ” cəzalandırıldı

AFFA İntizam Komitəsi "Qarabağ" klubuna texniki məğlubiyyət verib.

Reyting.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam komandasının Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdiyi oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır.

Abbas Hüseynovun adı oyunun iştirak ərizəsində göstərilməsə də, baş məşqçi Qurban Qurbanov onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb. Buna görə də görüşün nəticəsi ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Kluba isə 8 min manat cərimə kəsilib.

Görüşdə "Qarabağ" 1:0 hesablı qələbəsi ilə qalib gəlmişdi.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}