12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Məşhur futbolçu karyerasını başa vuracaq
Tarix: 25-10-2018 16:20 | Bölmə: İdman
Məşhur futbolçu karyerasını başa vuracaq

Hollandiyalı futbolçu Robin van Persi bu mösümün sonunda professional karyerasını başa vuracağını açıqlayıb.

Reyting.az xəbər verir ki, van Persi 2001/2012-ci il mövsümündə “Feyenord”la birgə UEFA Kubokunun qalibi olub.

Hücumçu 2004-cü ildə Londonun “Arsenal” klubuna keçib və 2012-ci ilə qədər orada oynayıb.

O, sonra “Mançester Yunayted”də çıxış edib və İngiltərə çempionu olub. 2015-ci ildən Türkiyənin “Fənərbağça” klubunda oynayıb. Van Persi ötən yay “Feyenord”a qayıdıb.

“Mən karyeramı nə zaman başa vurmalıyam? Görünür ki, bu mövsümün sonunda baş verəcək. 36 yaşım olacaq, onun 18 ilini professional futbolda keçirmişəm. Beş yaşımdan bəri nə ilə məşğul olmuşamsa, yalnız futbolla bağlı olub... İnanmıram ki, “Feyenord”a qayıdışımı uğurlu hesab etmək olar, bu yalnız ölkə çempionatında qalib gəlsək mümkündür. Mən daha futboldan zövq almıram. Bu elə bir nöqtədir ki, qurtarmaq istəyirəm. Lakin “Feyenord”a qayıtmaqla futboldan sevinmək mənə yenidən qayıdıb”, - van Persi söyləyib.

Van Persi Hollandiya millisinin heyətində 2010-cu il dünya çempionatında gümüş, 2014-cü il dünya çempionatında bürünc mükafat qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu