“Arsenal” 11 ildən sonra ilk dəfə 11 oyunda dalbadal qalib gəldi
Tarix: 26-10-2018 00:51 | Bölmə: İdman
“Arsenal” 11 ildən sonra ilk dəfə 11 oyunda dalbadal qalib gəldi

“Arsenal” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Lissabonun “Sportinq” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Reyting.az xəbər verir ki, London təmsilçisi beləliklə, bütün turnirlərdə dalbadal 11-cı qələbəsini qazanıb.

“Arsenal” İngiltərə Premyer-liqasında 7 oyunda qalib gəlib, bir qələbəni İngiltərə Liqasında, 3-nü isə Avropa Liqasında qazanıb.

“Arsenal” 2007-ci ilin oktyabr ayında 12 oyunu dalbadal qazanmışdı.

İngiltərə çempionatının 10-cu turunda London klubu oktyabrın 28-də “Kristal Pelas”la qarşılaşacaq.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}