12:06 / 13-11-2018
Sabahın hava proqnozu
26 yaşlı çinli “İnter”in prezidenti oldu
Tarix: 26-10-2018 15:13 | Bölmə: İdman
26 yaşlı çinli “İnter”in prezidenti oldu

Milanın “İnter” klubunda prezident postunda dəyişiklik olub.

Reyting.az xəbər verir ki, “neradzurri”nin keçmiş rəhbəri Erik Toxip öz postunu 26 yaşlı çinli biznesmen Stiven Çjana verib.

O, İtaliya klubunun nəzarət səhm paketinun sahibi Suning Holdings Group şirkəti rəhbərinin oğludur.

Bu barədə rəsmi mlumatın oktyabrın 26-da elan ediləcəyi gözlənilir.

Digər məlumata görə, Toxip “İnter”dəki öz payını qoruyub saxlayacaq. O, son ildə prezident postunu tutub, lakin son zamanlar klubun həyatında az iştirak etməyə başlamışdı.

“İnter” İtaliya Seriya A-da 9 turdan sonra turnir cədvəlində 3-cü sıradadır, 19 xalı var. Milan klubu “Yuventus” (25 xal) və “Napoli”dən geridə (21 xal) qalıb.

“İnter” bu həftə Çempionlar liqasının qrup mərhələsinin 3-cü turunda “Barselona”ya səfərdə 2:0 hesabı ilə məğıub.

İtaliya çempionatının 8-cı turunda isə iki Milan klubunun qarşılaşması “Milan”ın 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb.

Reyting.az






Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu