12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Aleksis Sançes PSJ-ə keçmək istəyir
Tarix: 26-10-2018 18:50 | Bölmə: İdman
Aleksis Sançes PSJ-ə keçmək istəyir

“Mançester Yunayted”in çilili hücumçusu Aleksis Sançes İngiltərə klubundan getmək qəraına gəlib.

Reyting.az bildirir ki, Çili millisinin 29 yaşlı futbolçusu karyerasını Fransanın PSJ klubunda davam etdirmək niyyətindədir.

Sançesin “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə münaqişəsi yarandığı bildirilir.

Çililinin İngiltərə klubu ilə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

İngiltərə çempionatında bu mövsümdə 7 oyunda iştirak edən Sançes iki qol vurub və bir qol ötürməsi verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu