12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Messi və Ronaldusuz El-Klasiko marağını itirmir. Nəyə görə? - Fotolar
Tarix: 28-10-2018 09:55 | Bölmə: İdman
Messi və Ronaldusuz El-Klasiko marağını itirmir. Nəyə görə?

Bu gün Kataloniya paytaxtında dünya futbolunun ən prinsipal oyunu baş tutacaq – “Barselona” Madridin “Real” klubu ilə qarşılaşacaq.

Reyting.az xarici mediaya istinadən bu oyunun Lionel Messi və Kriştianu Ronaldusuz nəyə görə hətta populyar olacağını izah edir.

El-Klasiko 2007-ci ildən bəri ilk Messisiz və Ronaldusuz baş tutsa belə, mübaliğəsiz demək olar ki, bütün dünya baxacaq. Argentinalı qolunu sındırıb və bir neçə oyunu buraxmağa məcburdur, portuqaliyalı isə artıq İtaliyaya gedib. Son 10 ildə Leo və Krişanın qarşıdurması ən çox müzakirə olunan maraqlı mövzudur. Onlar El-Klasiko üçün belə vacibdir?

Onlarla hər şey başlamayıb, hər şey başa çatmayacaq

El-Klasiko – bu qarşıdurmanın uzun tarixi var və hətta İspaniya siyasətinin də tarixinə keçib. Madrid və Barselona uzun illərdir bir-biri ilə rəqabət aparır. Kataloniyalılar özlərini dilləri və qaydaları ilə ayrıca ölkə hesab edir. Bu futbol meydanına da keçib.

“Real” və “Barsa” demək olar bu komandalar yaranandan rəqabət aparmağa başlayıblar. Mübahisələr əsasən hər klubun onlardan ötrü mübarizə aparmaları səbəbindən olub. Sonra isə artıq sosial həyat onların arasında ehtirası qızışdırıb.

Messi və Ronaldusuz El-Klasiko marağını itirmir. Nəyə görə?

Müxtəlif illərdən bu ana qədər, El-Klasiko ətrafında müxtəlif adlar olub. Məsələn, Zinəddin Zidan və Luis Enrike, qarşıdurma üstündən illər keçəndən sonra artıq məşqçi postunda təkrarlanıb.

Luiş Fiqunu da unutmaq çətindir, “Barsa”dan “Real”a keçəndən sonra kataloniyalıların əsl düşməninə çevrilib.

Bəs, məşqçilər Xosep Qvardiola və Joze Maurinyo arasındakı mübarizə?

Messi və Ronaldusuz El-Klasiko marağını itirmir. Nəyə görə?

O dövrün dueli hazırda İngiltərədə davam edir.

Eləcə də Messi və Ronaldu. Onlar El-Klasikonun yalnız bir dövründə qalacaqlar. Təbii ki, mübaliğəsiz, ən parlaq tarixinin.

Lopeteqi üçün şans

Messi və Ronaldusuz El-Klasiko marağını itirmir. Nəyə görə?

Bugünkü El-Klasiko madridlilər, eləcə də onların baş məşqçisi Xulen Lopeteqi üçün xüsusi əhəmiyyət kəsb edir. 2018-ci il dünya çempionu ərəfəsi İspaniya millisini tərk edib “Real”ın baş məşçisi təyin olunan Lopeteqinin istefası ilə xəbərlər mediada vaxtaşırı yayılır. Axı Çempionlar liqası da daxil olmaqla, son 6 oyunda “Real”ın yalnız bir qələbəsi, bir heçpheçəsi var, qalan oyunlarda uduzub. Hazırda “Kral klubu” İspaniya çempionatında 7-ci sıradadır.

Messi və Ronaldusuz El-Klasiko marağını itirmir. Nəyə görə?

Doğrudur, turnir cədvəlindəki bütün komandalar bir-birinə çox yaxındır. La Liqanın lideri olan “Barselona”dan “Real” arasındakı fərq cəmi 4 xaldır. Mübarizəyə qayıtmaq və Lopeteqinin gələcəyini xilas etmək üçün “Barselona”nı məğlub etmək vacibdir. Ümumiyyətlə, intriqa var.

Supertexnologiya. Beləsi hələ olmayıb

Qarşıdakı oyunda daha bir maraqlı məsələ var. El-Klasikonun tamaşaçıların marağı üçün La Liqa hər dəfə yeni fişkanı fikirləşir. Belə ki, bu görüşdə innovasiya texnologiyasından istifadə ediləcək. Bunun sayəsində demək olar meydanda nə baş verdiyini eşitmək olacaq: topa zərbələrin səsi və hətta futbolçuların bəzi replikalarını. Hisslər iştirakı vəd edilir. Beləsi indiyədək olmayıb.

Bir az statistika

Nəhayət, bir az da statistika. El-Klasiko 237 dəfə oynanılıb. “Real”ın hesabında 95, “Barselona”nın 93 qələbə var. Daha 49 oyun heç-heçə ilə nəticələnb. Vurulan qollara gəldikdə, burada üstünlük Kataloniya təmsilçilərinin tərəfindədir – 401 qola qarşı 387.

El-Klasikonun ən yaxşı bombardirləri

Lionel Messi (“Barselona”) – 25 qol

Alfredo di Stefano (“Real” Madrid) – 18 qol

Kriştianu Ronaldu (“Real” Madrid( - 17 qol

Oktyabrın 28-də kral və kataloniya klubları arasında 238-ci oyun keçiriləcək. Bu oyuna mütləq baxmaq lazımdır. Əlbəttə, Messi və Ronaldunun İspaniyadakı açıq qarşıdurma dövrü başa çatıb. Lakin El-Klasiko öz mövcudluğunu saxlayır. Bu səbəbdən yeni adlar və yeni ehtiraslar olacaq. Vamos!

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu