12:06 / 13-11-2018
Sabahın hava proqnozu
"Qarabağ" "Neftçi"yə məğlub oldu - Hesab
Tarix: 28-10-2018 19:10 | Bölmə: İdman / Xəbər lenti
"Qarabağ" "Neftçi"yə məğlub oldu

"Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turunda öz meydanında "Qarabağ"la qarşılaşıb.

Reyting.az bildirir ki, oyun 3:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.

Hesab 10-cu dəqiqədə açılıb. “Qarabağ”ın müdafiəçisinə dəyən top qapıya gedib.

Mirabdulla Abbasov 26-cı dəqiqədə hesabı 2:0-a çatdırıb.

85-ci dəqiqədə Mahir Mədətov “Qarabağ”ın bu oyunda yeganə qolunu vurub.

Oyunun başa çatmasına iki dəqiqə qalanda “Neftçi”nin hücumçusu Baqali Dado üçüncü qolu rəqibin qapısından keçirib.

Bu qələbədən sonra "Neftçi" xallarının sayını 22-yə çatdırıb və liderliyini möhkəmləndirib. Bir oyun az keçirən "Qarabağ" isə 16 xalla 2-ci yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu
Dünən, 12:06 Sabahın hava proqnozu