12:06 / 13-11-2018
Sabahın hava proqnozu
“Arsenal” dalbadal 12-ci qələbəsini qazana bilmədi
Tarix: 28-10-2018 19:24 | Bölmə: İdman
“Arsenal” dalbadal 12-ci qələbəsini qazana bilmədi

İngiltərə çempionatının 10-cu turu çərçivəsində Londonun “Arsenal” klubu səfərdə “Kristal Pelas”a qalib gələ bilməyib.

Reyting.az bildirir ki, londonlular son dəqiqələrdə qələbəni əldən verib və oyun 2:2 hesabı ilə başa çatıb.

Beləliklə, “Arsenal” İngiltərə çempionatında dalbadal səkkizinci, bütün turnirlərdə isə 12-cı qələbəsini qazana bilməyib.

Londonun digər klubu “Çelsi” isə səfərdə “Bernli”nin qapısında 4 cavabsı top keçirib.

“Çelsi” 24 xalla ikinci sıradadır və lider “Liverpul”dan iki xal geri qalır.

“Arsenal” (22 xal) dördüncü sıradadır.

Reyting.az





Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu