12:06 / 13-11-2018
Sabahın hava proqnozu
“Barselona” “Real”ı darmadağın etdi
Tarix: 28-10-2018 20:15 | Bölmə: İdman
“Barselona” “Real”ı darmadağın etdi

İspaniya çempionatında növbəti “El-klasiko” baş tutub.

Reyting.az
xəbər verir ki, La Liqanın onuncu turunda “Barselona” öz meydanında əzəli rəqibi “Real”la qarşılaşıb.

Oyun Kataloniya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində hesabı 11-cı dəqiqədə Filippe Koutinyo açıb.

Luis Suares 30-cu dəqiqədə onbirtmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 75 və 83-cü dəqiqələrdə də fərqlənərək oyunda het-trikə imza atıb.

“Barselona”nın beşinçi qolunu Artura Vidal (87-cı dəqiqə) vurub.

“Kral klubu”nun heyətində 50-cı dəqiqədə Marselo fərlənib.

Kataloniya klubu 21 xalla turnir cədvəlinin lideridir. İkinci sıradakı “Atletiko”nun 19 xalı var.

“Real” 14 xalla 9-cu sıradadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu