12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Ronaldu “Real”dan getməsinin səbəbini açıqladı
Tarix: 29-10-2018 19:55 | Bölmə: İdman
Ronaldu “Real”dan getməsinin səbəbini açıqladı

Turin “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Real”ı Madrid klubunun prezidenti Florentino Peresa görə tərk edib.

Reyting.az bildirir ki, o, “Real” üçün çox şeylər etdiyini açıqlayıb.

“Doqquz il ərzində baş verən anları həmişə xatırlayacağam. Lakin Florentino Peres son zamanlar mənə yalnız pul qazanılması üçün vasitə kimi baxıb. Onun mənə münasibəti dəyişməyib. Mən bunu hiss etmişəm. Peres artıq məni əvəzolunmaz oyunçu hesab etmirdi. Əgər gedişimin səbəbi maliyyə olubsa, Çinə gedərdim, “Real” və “Yuventus”dan fərqli olaraq 5 dəfə çox qazanardım.

İtaliyada “Real”dakı qədər qazanıram, hətta əgər az deyilsə. Fərq bundadır ki, “Yuventus” həqiqətən mənim xidmətimə maraqlı olub. Peresə görə getmək qərarına gəldim”, - Ronaldu söyləyib.

Xatırladaq ki, Ronaldu “Yuventus”a bu yay 112 milyon avroya keçib, Turin klubu ilə 4 illik müqavilə imzalayıb.

33 yaşlı portuqaliyalı “Kral klubu”nda 2009-2018-ci illərdə çıxış edib.

O, “Real”ın heyətində 438 oyunda 450 qol vurub, 131 məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu