12:06 / 13-11-2018
Sabahın hava proqnozu
FİFA dünya çempionatı iştirakçılarının sayını artırır
Tarix: 31-10-2018 12:57 | Bölmə: İdman
FİFA dünya çempionatı iştirakçılarının sayını artırır

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı iştirakçılarının sayı 48-ə qədər artırılacaq.

Reyting.az bildirir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məumat verib.

“Biz 2026-cı ildə dünya çempionatının fial mərhələsində iştirak edəcək komandaların sayını 48-ə qədər artırmaq qərarına gəlmişik. Yeni tətbiq olunacaq qayda 2022-ci il çempionatına da aid ola bilər. Əgər bunu reallaşdırmaq mümkündürsə, niyə də bunu etməyək?”, - İnfantino vurğulayıb.

Xatırladaq ki, indi dünya çempionatının final mərhələsində 32 milli komanda iştirak edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu