12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Nokautla uduzan boksçu öldü
Tarix: 05-11-2018 15:56 | Bölmə: İdman
Nokautla uduzan boksçu öldü

İtaliyalı boksçu Kristian Daqio tailandlı Don Parueanqla döyüşü nokautla uduzan zaman aldığı xəsarətdən həyatını itirib.

Reyting.az bildirir ki, bu, WBC vesiyası üzrə Asiyanın gümüş çempionu titulu üzrə döyüşdən sonra baş verib.

Parueanq Daqioya 12-ci raundda nokautla qalib gəlib. Bundan sonra italiyalı huşunu itirib və Tailandın Ranqisit şəhərindəki xəstəxanaya aparılıb. Boksçu beynindən aldığı ağır zədəyə görə bir neçə gün komada qalıb, sonra vəfat edib.

49 yaşlı Daqio karyerasının böyük hissəsini Tailandda çıxış edib. Onun hesabında professional rinqdəki 10 qarşılaşmada 10 qələbə olub. Bundan başqa, idmançı muay-tay qaydaları ilə təkbətək döyüşlərdə də iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu