18:12 / 14-11-2018
Yerevanda atışma
"Tottenhem”in baş məşqçisi "Real"ın fantastik təklifini qəbul etməyib
Tarix: 06-11-2018 19:56 | Bölmə: İdman
"Tottenhem”in baş məşqçisi "Real"ın fantastik təklifini qəbul etməyib

Londonun “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino ildə 15 milyon funta Madrid “Real”ına rəhbərlikdən imtina edib.

Reyting.az xəbər verir ki, argentinalı mütəxəssis öz qərarı haqda “Tottenhem”in prezidenti Daniel Levi məlumatlandıraraq minimum mövsümün sonuna qədər klubda qalacağını bildirib.

Poçettino “Tottenhem”ə 2014-cü ildə gəlib. Komanda onun rəhbərliyi ilə ötən mövsüm İngiltərə çempionatında üçüncü yeri tutub. May ayında onun klubla müqaviləsi 2023-cü ilədək uzadılıb. London klubu bu mövsümdə 11 turdan sonra turnir cədvəlində dördüncü sıradadır və lider “Mançester Siti”dən 5 xal geridədir.

“Real” oktyabrın 29-da Xulen Lopeteqinin komandanın baş məşqçisi postundan istefaya göndərildiyini elan edib. Kluba müvəqqəti Santyaqo Solari başçılıq edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu