18:12 / 14-11-2018
Yerevanda atışma
Mbappe PSJ-dən 55 milyonluq müqavilə və şəxsi təyyarə tələb etdi
Tarix: 07-11-2018 13:38 | Bölmə: İdman
Mbappe PSJ-dən 55 milyonluq müqavilə və şəxsi təyyarə tələb etdi

Fransanın PSJ klubunun 19 yaşlı futbolçusi Kilian Mbappe tələbləri yerinə yetirilməsə, yeni müqavilə imzalamaq istəmir.

Reyting.az bildirir ki, hücumçu ilə PSJ klubu arasında danışıqlar haqda məlumat yayılıb.

Bildirildiyinə görə, gənc hücumçu komandadan 5 illik müqavilə üçün 55 milyon avro, şəxsi təyyarə və parislilərin maliyyə feyr-pleyinə görə Çempionlar liqasından uzaqlaşdırılacağı təqdirdə kompensasiya tələb edir.

Bundan əlavə, Mbappe əgər “Qızıl top” alarsa, komandanın ən yüksək ödənişli oyunçusu olmaq istəyir.

Mbappe bu mövsüm PSJ-nin heyətində 11 oyunda 13 qol vurub. O, yayda milli komandanın heyətində dünya çempionatının qalibi olub, turnirin ən yaxşı gənc oyunçusu mükafatını qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu