18:12 / 14-11-2018
Yerevanda atışma
19 yaşlı futbolçu iki dəfə Ginnesin rekordlar kitabına düşüb
Tarix: 08-11-2018 20:09 | Bölmə: İdman
19 yaşlı futbolçu iki dəfə Ginnesin rekordlar kitabına düşüb

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe iki dəfə Ginnesin rekordlar kitabına düşüb.

Reyting.az bildirir ki, 19 yaşlı futbolçunun 2017-ci ildə nail olduğu iki uğuru qeydə alınıb.

19 yaşlı futbolçu iki dəfə Ginnesin rekordlar kitabına düşüb

O, “Monako”nun heyətində Çempionlar liqasının yarımfinalında qol vuran ən gənc futbolçu olub. Mbappe həmin vaxt Turinin “Yuventus” klubunun qapısına qol vurub. O zaman futbolçunun 18 yaş 140 günü olub.

Mbappe eyni zamanda dünyanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına ən gənc namizəd olub. O, siyahıra 2017-ci il oktyabrın 9-da 18 yaş və 293 günlük olanda düşüb.

19 yaşlı futbolçu iki dəfə Ginnesin rekordlar kitabına düşüb

CIES Football Observatory şirkəti noyabrın 5-də Mbappeni dünyanın ən bahalı futbolçusu adlandırıb. Hücumçu 216,5 milyon avro dəyərləndirilib.

Mbappe 2017-ci ilin avqust ayında PSJ-yə 2017/2018-ci il mövsümünün sonunadək ivarə hüquq ilə keçib, 2018-ci ilin yayında isə komandaya daimi keçidi baş tutub.

19 yaşlı futbolçu iki dəfə Ginnesin rekordlar kitabına düşüb

O, Fransa millisinin heyətində bu il Rusiyada keçirilən dünya çempionatının qalibi olub. Mundialın nəticiələrinə görə, Mbappe ən yaxşı gənc oyunçu elan edilib. O, turnirdə əldə etdiyi 550 min avronu xeyrriyyəçiliyə yönləndirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 21:43 Arda Turan ata oldu