12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Kriştianu Ronaldu toya hazırlaşır
Tarix: 15-11-2018 16:37 | Bölmə: İdman
Kriştianu Ronaldu toya hazırlaşır

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu qız dostu Corcina Rodriqesə ona ərə gəlməsini təklif edib.

Reyting.az bildirir ki, “The Daily Mail”in xəbərinə görə, 24 yaşlı ispaniyalı model razılaşıb və indi cütlük toya hazırlaşır.

Ronaldu Rodriqeslə 2016-cı ilin iyul ayından görüşməyə başlayıb.

Xatırladaq ki, bir il əvvəl Rodriqes və Ronaldunun Alana Martina adlı qızları dünyaya gəlib.

Qız eyni zamanda portuqaliyalıya surroqat anadan olan 3 uşağını böyütməkdə kömək edir.

“Toy baş tutacaq, lakin çox az adam onun detalları haqda məlumatlıdır”, - portuqaliyalı mənbələr bildirir. – İndi məlum olan yalnız budur ki, Corcina toy donu axtarır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər