07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Kriştianu Ronaldunun toyunun vaxtı açıqlandı
Tarix: 16-11-2018 18:48 | Bölmə: İdman
Kriştianu Ronaldunun toyunun vaxtı açıqlandı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu və onun qızı Corcina Rodriqesin toyu İtaliya çempionatında fasilə yarananda, dekabr ayının sonunda baş tuta bilər.

Reyting.az xarici mediaya istinadən bildirir ki, cütlük noyabrın 16-da Turindəki kilsələrdən birində görünüb.

Ehtimala görə, qarşıdakı mərasimin detallara müzakirə olunub.

Bundan əvvəl verilən məlumata görə, 33 yaşlı portuqaliyalı Corcinaya London səfərləri zamanı toy təklifi edib, qız razılaşıb.

Xatırladaq ki, Ronaldu Rodriqeslə 2016-cı ildən görüşür. O, portuqaliyalının dördüncü uşağının – qızı Alana Matinanın anası hesab olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}