16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Barselona” Pikeni əvəz edəcək oyunçunu tapıb
Tarix: 17-11-2018 13:49 | Bölmə: İdman
“Barselona” Pikeni əvəz edəcək oyunçunu tapıb

“Barselona”nın növbəti yayda əsas transfer məqsədi müəyyənləşib.

Reyting.az bildirir ki, kataloniyalılar mövsüm başa çatandan sonra “Ayaks”ın müdafiəçisi Matteys de Liqtanı əldə etməyə cəhd göstərəcək.

Klubda hesab edirlər ki, 19 yaşlı hollandiyalı zamanı gələndə Jerar Pikeni əvəzləyə bilər.

Bundan əlavə, “Barselona” belçikalı Tomas Vermalenlə müqaviləni uzatmaq niyyətində deyil.

“Barselona” Pikeni əvəz edəcək oyunçunu tapıb

De Liqt “Ayaks”ın birinci komandasında 2016-cı ildə, 17 yaşında debüt edib. O, hazırda komandanın kapitanıdır.

İki ildə 83 oyun keçirib, 87 qol vurub və 4 məhsuldar ötürmə verib.

De Liqt ötən ilin mart ayında milli komandada debüt edib, indiyədək onun heyətində 11 oyun keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}