“Qızıl top”u 10 ildə ilk dəfə nə Messi, nə də Ronaldu almayacaq
Tarix: 23-11-2018 15:24 | Bölmə: İdman
“Qızıl top”u 10 ildə ilk dəfə nə Messi, nə də Ronaldu almayacaq

Fransanın “France Football” nəşrinin versiyası üzrə dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” prestijli mükafatı 2008-ci ildən bəri ilk dəfə yeni sahibinə qismət olacaq.

Reyting.az bildirir ki, son 9 ildə mükafat dəyişməz olaraq Lionel Messiyə, yaxud Kriştianu Ronalduya verilib.

“Tuttosport”un məlumatına görə, bu il hər iki futbolçu üç finalçı sırasına düşməyəcək. Mükafat uğrunda əsas mübarizə dünya çempionları Rafael Varan və Kilian Mbappe, eləcə də xorvatiyalı, 2018-ci il dünya çempionatında gümüş medal qazanan Luk Modriç arasında gedəcək.

“Qızıl top”un əsas namizədi “Real”ın oyunçusu Rafael Varan hesab olunur. Onu 2018-ci il dünya çempionatının və madridlilərin “Liverpul” ilə finalda qalib gəldikləri Çempionlar liqasının ən yaxşı oyunçusu kimi tanıyıblar.

Mükafatın təqdimetmə mərasimi dekabrın 3-də keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}