17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Barselona”nın müdafiəçisi futbol klubu alacaq
Tarix: 23-11-2018 20:00 | Bölmə: İdman
“Barselona”nın müdafiəçisi futbol klubu alacaq

“Barselona”nın müdafiəçisi Jerar Pike bütün həyatını həsr etmək istədiyi futbol layihələrindən danışıb.

Reyting.az-ın xəbərinə görə, o, iki layihə üzərində işlədiklərini bəyan edib.

“Onlardan biri komanda alınmasıdır. Təəssüf ki, bundan artıq heç nə deyə bilmərəm. Digər layihə - yeni futbol turniri yaratmaq, yaxud mövcud olanlardan istifadə etməkdir. Bu haqda da hələ ki əlavə heç nə deyə bilmərəm, lakin iki çox yaxşı layihədir”, - Pike söyləyib.

31 yaşlı futbolçu kişi tennisçilərin böyük yarışması olan Devis Kubokunda islahatların investisiyaşması və təşəbbüsçülərindən biridir.

“Devis Kuboku heç vaxt Pike Kuboku olmayacaq. Bu idmanda qədim turnirlərdən biridir və biz Beynəlxalq tennis federasiyasına formatı dəyişdirməyi təklif etmişik”, - Pike vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}