11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Əfsanəvi irlandiyalı futbolçu karyerasını başa vurdu
Tarix: 28-11-2018 17:43 | Bölmə: İdman
Əfsanəvi irlandiyalı futbolçu karyerasını başa vurdu

İngiltərə futbolunun ulduzları bir-birinin ardınca oyunçu karyeralarını başa vurur və məşqçi olurlar.

Reyting.az xəbər verir ki, ingiltərəli və fransalı Stiven Cerrard, Tyerri Anri və Frenk Lemparda indi də irlandiyalı Robbi Kin qoşulur.

O bir zamanlar “Tottenhem”də futbolçu kimi meydana çıxıb, lakin 38 yaşında butslarını mismardan asıb məşqçi olmaq qərarına gəlib.

- 23 gözəl ildən sonra futbolçu karyeramı başa vurduğumu elan edirəm. “Krumlin Yunayted”dən Milana qədər, London və Los-Anceles, təsəvvür etməzdim ki, fubol karyeram belə alınacaq. Bu, Dublində futbolla böyümüş oğlanın gözləntilərini üstələyib, - Kİn belə deyib.

Əfsanəvi irlandiyalı futbolçu karyerasını başa vurdu

Kin indi İrlandiyanın baş məşqçisinin köməkçisi işləyəcək.

İrlandiyalı oyunçu kimi milli komandada 146 oyun keçirib və 68 qol vuraraq hər iki göstəriciyə görə rekordçu olub.

Əfsanəvi irlandiyalı futbolçu karyerasını başa vurdu

Kinin klub karyerasında “Tottenhem”in xüsusi yeri var, o, burada 8 mövsüm oynayıb. İrlandiyalı həmçinin “Lids Yunayted”, “İnternasional”, “Liverpul” və “Los-Anceles Qelaksi”də oynayıb.

Hücumçunun karyerasındakı sonuncu komanda Hindistanın “Atletiko”su olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}