Messi bir qol vurub iki rekord müəyyənləşdirdi
Tarix: 29-11-2018 12:36 | Bölmə: İdman
Messi bir qol vurub iki rekord müəyyənləşdirdi

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi Çempionlar liqasının qrup mərhələsinin 5-ci turunda Hollandiyanın PSV komandasının qapısına qol vurmaqla iki rekord müəyyənləşdirib.

Reyting.az xəbər verir ki, 31 yaşlı Messi Çempionlar liqasının qrup mərhələsi tarixində ən məhsuldar oyunçu olub.

O, bununla Turinin “Yuventus” klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldunu (65 qol) geridə qoyub.

Messi Çempionlar liqasının qrup mərhələsinin 66 oyununda 66 qol vurub.

Bundan əlavə, Messi daha bir rekorda da nail olub. O, Çempionlar liqasında bir klubda vurulan qollara rekordçudur.

Bu qol argentinalı üçün Kataloniya klbunda 106-cıdır. Ronaldu 105 qol vurmaqla Madridin “Real” klubunun heyətində rekord müəyyənləşdirmişdi.

Xatırladaq ki, Messinin qolu və məhsuldar ötürməsi hesabına “Barselona” səfərdə PSV-ni 2:1 hesabı ilə məğlub edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}