07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Futbol şərhçisi vurulan qola görə dəlilik səviyyəsinə çatdı
Tarix: 02-12-2018 13:22 | Bölmə: İdman
Futbol şərhçisi vurulan qola görə dəlilik səviyyəsinə çatdı

Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Feyha” klubunun futbolçusu Qomesin “Əl-Əhli”yə qarşı oyunun 92-ci dəqiqəsində vurduğu qol görüşün şərhçisinin qızğın reaksiyasına səbəb olub.

Reyting.az bildirir ki, şərhçi 3 dəqiqə ərzində qolu bayram edib, nəticədə qışqırmaqdan səsini itirib, hərəkətləri ilə ifrata varıb.

“Əl-Əhli” Umar əs-Sumanın 69-cu dəqiqədə vurduğu qolla hesabda irəli çıxıb. 92-ci dəqiqədə isə Qomes rəqibin qapısını dəqiq nişan alıb və görüşdə hesabı bərabərləşdirib.

Oyun 1:1 hesabı ilə başa çatıb. “Əl-Əhli” Səudiyyə Ərəbistanı çempionatında turnir cədvəlində üçüncü yerdədir. “Əl-Feyha” 10-cu sırada qərarlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}