"Neftçi" qələbəyə imza atdı
Tarix: 15-01-2016 16:18 | Bölmə: İdman

"Neftçi” PFK "CBC Sport Kuboku” turnirində ilk oyununu keçirib. KomandaAZAL klubu ilə qarşılaşıb. "Bayıl Arena”da baş tutmuş görüş 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qolu 39-cu dəqiqədə Araz Abdullayev vurub. Əvəzedici komandadan cəlb olunmuş Kamran Nəcəfzadə, Mirabdulla Abbasov, Orxan Qurbanlı və Təyyar Məmmədova da şans verilib. Ümumilikdə isə "Neftçi” bu heyətlə çıxış edib: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Kamal Qurbanov, Aylton (Təyyar Məmmədov, 70), Kamran Nəcəfzadə (Kaue, 82), Cavid İmamverdiyev (Orxan Qurbanlı, 78), Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov (Mirabdulla Abbasov, 90+3), Məhəmməd Qurbanov (Erik Ramos, 46).

Qeyd edək ki, 5 komanın mübarizə apardığı birdövrəli turnirdə "Neftçi” növbəti oyununu yanvarın 17-də "Neftçala”ya qarşı keçirəcək. Komanda ayın 19-da MOİK, 22-də isə "Şərurspor”la qarşılaşacaq. Bütün oyunlar "Bayıl Arena”da keçiriləcək və saat 13:00-da başlanacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}