Azərbaycanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri bəlli olub - Siyahı
Tarix: 02-12-2018 15:26 | Bölmə: İdman
Azərbaycanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri bəlli olub

İrlandiyanın Dublin şəhərində futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Reyting.az bildirir ki, püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası E qrupuna düşüb.

Azərbaycan yığması final mərhələsinə düşmək üçün Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər