AFFA prezidenti: “AVRO-2020-də maraqlı oyunların şahidi olacağıq”
Tarix: 02-12-2018 18:24 | Bölmə: İdman
AFFA prezidenti: “AVRO-2020-də maraqlı oyunların şahidi olacağıq”

"İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var”.

Reyting.az
xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun saytına açıqlamasında 2020-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri Azərbaycan millisinin müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində bu komandalarla qarşılaşdığını söyləyib:

"Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. AVRO-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}