07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Qızıl top”un sahibi AÇIQLANDI - Yenilənib
Tarix: 04-12-2018 00:28 | Bölmə: İdman
“Qızıl top”un sahibi AÇIQLANDI

Madrid “Real”ının və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “France Football” jurnalının versiyasına görə, 2018-ci ilin ən yaxşı futbolçusu olub.

Reyting.az bildirir ki, xorvatiyalı futbolçu “Qızıl top”u alıb.

1:38

Mükafatlandırma mərasimi dekabrın 3-də axşam Parisdə olub.

Modriç səsvermədə Antuan Qrizmann (Fransa, “Atletiko”) və Kriştianu Ronaldunu (Portuqaliya, “Yuventus”) geridə qoyub.

Mükafatın beşqat sahibi olan “Barselona”nın argentinalı hücumçusu Lionel Messi yalnız beşinci yeri tuta bilib.

Ən yaxşı gənc futbolçu mükafatı (21 yaşa qədər) PSJ-nin və Fransa millisinin hücumçusu Kidian Mbappeyə qismət olub.

İlin ən yaxşı qadın futbolçusu mükafatını isə “Lion”un norveçli oyunçusu Ada Xederberq alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}