Avropa çempionatının qrup mərhələsi başa çatır
Tarix: 12-05-2016 13:05 | Bölmə: İdman


Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsi başa çatır. "C” və "D” qrupunda yer alan komandalar ilkin mərhələdəki son görüşlərini keçirəcəklər.

Reyting.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə meydana "D” qrupunun təmsilçiləri çıxacaqlar. Saat 14:00-da start veriləcək matçlarda İspaniya millisi İtaliya, Serbiya yığması isə Hollandiya ilə qarşılaşacaq. Bütün komandaların növbəti mərhələyə keçmək şansı olduğu üçün hər iki matçın gərgin mübarizəyə səhnə olacağı gözlənilir.

"C” qrupunda da vəziyyət eynidir. İsveç millisi Fransa, Danimarka komandası isə İngiltərə ilə dörddəbir finala vəsiqə qazanmaq üçün yarışacaq.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}