Çempionlar liqasının faforitləri - Proqnoz
Tarix: 17-12-2018 19:13 | Bölmə: İdman
Çempionlar liqasının faforitləri

Çempionlar liqasının 1/8 final mərhələsinin püşkatmasından sonra bukmekerlər turnirin əsas favoritini İngiltərənin “Mançester Siti” klubunu hesab edirlər.

Reyting.az bildirir ki, Xosep Qvardiolanın komandasının ən titullu klub turnirində qələbə əmsalı 3,7-dir.

İkinci yerdə 5,5 əmsalla İspaniyanın “Barselona” klubudur.

Ardınca Turinin “Yuventus” (7,5), Fransanın PSJ (8), İngiltərənin “Liverpul” (11), Madridin “Real” (12), Münhenin “Bavariya” (13), Madridin “Atletiko” (20), Dortmundun “Borrusiya” və Londonun “Tottenhem” (hər ikisi 23) və İngiltərənin “Mançester Yunayted” (40) klubları gəlir.

Autsayderlər Amsterdamım “Ayaks”, Portuqaliyanın “Porto”, İtaliyanın “Roma” (hamısı 80), Fransanın “Lion” (110) və Almaniyanın “Şalke” (280) klublarıdır.

1/8 finalın ilk oyunları fevralın 12-13-ü və 19-20-də keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}