"Arsenal"ın futbolçusu "İnter"də oynayacaq
Tarix: 22-12-2018 13:59 | Bölmə: İdman / Xəbərlər
"Arsenal"ın futbolçusu "İnter"də oynayacaq

İtaliyanın "İnter" klubu İngiltərə "Arsenal"ının futbolçusu Aron Remzini heyətinə qatıb.

"La Repubblica" xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib.

Uels milli komandasının da şərəfini qoruyan oyunçu yayda azad agent kimi "İnter"ə keçəcək.

Qeyd edək ki, Aron Remzinin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatır. O, London təmsilçisi ilə yeni müqavilə imzalamağa razılaşmayıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}