Remzi "Yuventus"la müqavilə bağlayacaq - 4 illik
Tarix: 31-12-2018 18:03 | Bölmə: İdman
Remzi "Yuventus"la müqavilə bağlayacaq

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzi "Yuventus"la anlaşmaq üzrədir.


İtaliya mətbuatının xəbərinə görə, artıq uelsli yarımmüdafiəçinin Turin klubu ilə imzalayacağı sözləşmənin detalları məlum olub. 28 yaşlı futbolçu "qoca sinyora" ilə 4 illik müqavilə bağlayacaq. Onun illik maaşı isə bonuslarla birlikdə 8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, PSJ də Remzi ilə yaxından maraqlanır.(Qol.az)




Bölməyə aid digər xəbərlər