14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Komissiya dörd idmançını cəzalandırıb - Səbəb
Tarix: 30-01-2019 01:40 | Bölmə: İdman
Komissiya dörd idmançını cəzalandırıb

Ötən ilin oktyabr ayında Konor Makqreqor və Həbib Nurməhəmmədov arasındakı MMA üzrə keçirilən qaydasız döyüşdən sonra baş verən dava hər iki idmançıya problem yaradıb.

Xarici KİV-lər yazır ki, Atletika Komissiyasının ABŞ-ın Nevada ştatında keçirilən iclasında hər iki idmançıya ağır cəza verilib. UFC üzrə yüngül çəkili çempion Nurməhəmmədov 9 ay, Makqreqor isə 6 ay yarışlardan kənarlaşdırılıb.

Komissiya digər idmançılarla bağlı da qərarını açıqlayıb. Rusiyalı idmançı 500 min, irlandiyalı döyüşçü isə 50 min dollar məbləğində cərimələniblər.

Qeyd edək ki, cəzalar ötən ilin oktyabr ayının 6-dan etibarən qüvvədədir. Həmin tarixdə keçirilən döyüşdə Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədərək, ona qalib gəlmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}