“Barselona” Lionda qalib gəlmədi, “Liverpul” və “Bavariya” sülhlə ayrıldılar
Tarix: 20-02-2019 02:18 | Bölmə: İdman
“Barselona” Lionda qalib gəlmədi, “Liverpul” və “Bavariya” sülhlə ayrıldılar

Çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona” səfərdə “Lion”la heç-heçə (0:0) oynayıb.

Reyting.az xəbər verir ki, digər qarşılaşma İngiltərədə baş tutub.

Premyer-liqanın lideri “Liverpul” Münhenin “Bavariya” klubunu qəbul edib. Burada da komandalar sülhlə (0:0) ayrılıblar.

Cavab oyunları martın 13-də keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}