Soları yayda “Real”dan gedəcək - Səbəb
Tarix: 01-03-2019 13:57 | Bölmə: İdman
Soları yayda “Real”dan gedəcək

Santyaqo Solari mövsümün sonunda Madridin “Real” klubunun baş məşqçisi postunu tərk edəcək.

Reyting.az xəbər verir ki, “Kral klubu”nun prezidenti Florentino Peres artıq argentinalı mütəxəssisə onunla müqavilənin pozulacağını bəyan edib.

Santyaqo Solari “Real”a 2018-ci ilin oktyabr ayından başçılıq edir. Madrid klubu onun rəhbərliyi ilə 25 oyunda 17 qələbə qazanıb, 6 dəfə məğlubiyyətə uğrayıb, 2 dəfə heç-heçə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}