Messi 9 ay sonra Argentina millisinə dəvət edildi
Tarix: 07-03-2019 22:47 | Bölmə: İdman
Messi 9 ay sonra Argentina millisinə dəvət edildi

“Barselona”da forma geyən 31 yaşındaki ulduz futbolcu Lionel Messi, 9 ay sonra Argentina milli komandasının heyətinə çağırılıb.

Reyting.az Argentina Futbol Federasiyası (AFA), martın 22-də Venesuela və 26-da Mərakeş ilə oynanacaq yoldaşlıq matçlarına namizədlərin heyətini açıqlayıb.

Heyətdə yer alan Lionel Messinin təxminən 9 ay sonra milli komandaya çağırılması diqqəti çəkib.

Messi son olaraq, 2018-ci il iyunun 30-da Rusiyadakı dünya çempionatının dörddəbir finalında Argentinanın Fransaya 4-3 məğlub olduğu oyunda milli forma geyinmişdi.

Digər tərəfdən, İspaniya mətbuatı, Messinin yalnız martın 22-də Madriddəki “Wanda Metropoliten”ə stadionunda keçiriləcək Venesuela oyununda forma geyinəcəyini, ancaq Tancadaki Mərakeş matçına getməyəcəyini iddia edib.

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni isə məsələ ilə bağlı jurnalistlərin sualına, "Leo kadra daxil olunub. Bir, yoxsa iki oyun oynayacaq, daha sonra görəcəyik. Bu qərarı mən verəcəyəm”, - cavabını verib.

Skaloni həmçinin, Argentina milli komandasının Messinin oynadığı yarışlarda dörd dəfə finala qaldığını (2014 Braziliyada Dünya Kuboku, 2007, 2015 və 2016-ci illərdə Amerika Kuboku) xatırladaraq, "Lazım olan vaxtlarda Messidən istifadə etməyi bildiyimizi güman edirəm. Onunla Amerika Kubokunda 3 final oynadıq və çox az bir fərqlə uduzduq", - vurğulayıb.

Bu arada Argentina milli komandasının Venesuela və Mərakeş matçları üçün açıqlanan namizədlərin tərkibində Serxio Aqueronun yer almadığı görülür.

Argentinanın də qatılacağı 2019-cu il Amerika Kuboku 14 iyun - 7 iyul tarixlərində Braziliyada keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}