Futbolçu ömürlük cəzadan azad olunub
Tarix: 28-03-2019 21:09 | Bölmə: İdman / Xəbərlər
Futbolçu ömürlük cəzadan azad olunub

Türkiyə Futbol Federasiyası bir müddət əvvəl oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən “Amedspor” klubunun futbolçusu Mansur Çalara verilən ömürlük cəzanı ləğv edib.

Reyting.az xəbər verir ki, futboldan ömürlük kənarlaşdırılan 33 yaşlı yarımmüdafiəçi klubun qərarından şikayət edib.

Yeni araşdırmalardan sonra TFF ömürlük cəzanı 20 oyunluq cəza ilə əvəzləyib. Həmçinin, futbolçu 25 min lirə cərimə ödəyəcək.

Qeyd edək ki, Türkiyə 3-cü divizionunda keçirilən "Amedspor" - "Sakaryaspor" matçının gedişində futbolçular arasında mübahisə düşüb. Bu zaman kürd əsilli oyunçu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib.(Mənbə: Qol.az)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}