“Çelsi” geri düşdüyü oyunda qalib gəldi
Tarix: 31-03-2019 19:37 | Bölmə: İdman
“Çelsi” geri düşdüyü oyunda qalib gəldi

İngiltərə Premyer-liqasının 32-ci tutunda “Çelsi” səfərdə “Kardiff” üzərində inamlı qələbə (2:1) qazanıb.

Reyting.az xəbər verir ki, London klubu bu qələbədən sonra 60 xal toplayaraq beşinci sıradakı “Arsenal”a çatıb.

Oyunda hər üç qol ikinci hissədə vurulub. Viktor Kamarasa 46-cı dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb.

Sesar Aspilikueta 84-cü və Ruben Loftus-Çik əsas vaxta əlavə edilən 90+1-ci dəqiqədə fərqləniblər.

Londonun digər klubu aprelin 1-də öz meydanında “Nyukasl”ı qəbul edəcək.

Hazırda “Liverpul” öz meydanında Londonun digər təmsilçisi “Tottenhem”lə qarşılaşır.

Oyunda hesab hələ ki açılmayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}