"Mançester Siti"nin növbəti rəqibi bəlli oldu
Tarix: 08-04-2019 00:18 | Bölmə: İdman / Xəbərlər
"Mançester Siti"nin növbəti rəqibi bəlli oldu

İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Bu gün növbəti finalçının adına aydınlıq gəlib.

"Uotford" "Uembli"də "Vulverhempton"la qarşılaşıb. Görüşdə qapılara 5 qol vurulub.

"Uotford" - "Vulverhempton" - 3:2

Qollar: Doherti, 36 (0:1), Ximenes, 62 (0:2), Dulofeu, 79 (1:2), Deeni, 90+4-pen.(2:2), Dulofeu, 104 (3:2)

Bununla "Uotford" finalda "Mançester Siti"yə rəqib olub. Həlledici görüş mayın 18-də "Uembli"də keçiriləcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}