Avropa çempionatında 6 güləşçimiz medal qazandı
Tarix: 10-04-2019 23:14 | Bölmə: İdman / Xəbər lenti
Avropa çempionatında 6 güləşçimiz medal qazandı

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında sərbəst güləş yarışı başa çatıb.

Reyting.az
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.

Millimizə xalları 8 güləşçi qazandırıb. Bunlar aşağıdakı idmançılardır:

Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}