“Mançester Siti” qalib gəlib “Liverpul”u keçdi
Tarix: 14-04-2019 19:34 | Bölmə: İdman
“Mançester Siti” qalib gəlib “Liverpul”u keçdi

“Mançester Siti” İngiltərə çempionatının 34-cü turunda səfərdə “Kristal Pelas”ı 3:1 hesabı ilə məğlub edib.

Reyting.az xəbər verir ki, mankunianların heyətində iki dəfə ingiltərəli yarımmüdafiəçi Rahim Sterlinq, bir dəfə braziliyalı hücumçu Qabriel Jezus fərqlənib.

“Mançester Siti” bu qələbədən sonra 83 xal toplayaraq turnir cədvəlində birinci pilləyə yüksəlib.

“Liverpul” 1 xal geridə qalır. Bu axşam “Çelsi” ilə qarşılaşacaq.

“Kristal Pelas” 39 xalla 13-cü sıradadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}