“Ayaks” İtaliyada sensasiyaya imza atdı
Tarix: 17-04-2019 00:54 | Bölmə: İdman
“Ayaks” İtaliyada sensasiyaya imza atdı

Çempionlar liqasında ilk yarımfinalçılar müəyyənləşib.

Reyting.az xəbər verir ki, ¼ finalın cavab oyunlarında “Barselona” öz meydanında “Mançester Yunayted”i qəbul edib, “Ayaks” səfərdə “Yuventus”a qarşı oynayıb.

Hollandiyadakı ilk oyun 1:1 hesabı ilə başa çatdığından Turin klubunun rəqibini asanlıqla məğlub edib yarımfinala vəsiqə qazanacağı gözlənilirdi. Ancaq “Ayaks” futbolçuları sensasiyaya imza atıblar.

Oyun 2:1 hesabı ilə Hollandiya təmsilçisinin xeyrinə başa çatıb.

Kataloniya təmsilçisi isə öz meydanında İngiltərə klubunun qapısından 3 cavabsız top keçirib. “Barselona”nın argentinalı hücumçusu oyunda ilk iki qolun müəllifi olub.

Beləliklə, yarımfinala “Ayaks” və “Barselona” vəsiqə qazanıb.

Qeyd edək ki, “Ayaks” 1/8 finalda Madridin “Real” klubunu iki oyunun nəticəsinə görə məğlub etmişdi.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}