“Mançester Siti”nin uğursuzluğunun səbəbkarı Messidir - Açıqlama
Tarix: 18-04-2019 13:42 | Bölmə: İdman
“Mançester Siti”nin uğursuzluğunun səbəbkarı Messidir

Əfsanəvi hollandiyalı futbolçu Ruud Qullit “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı izləyən uğursuzluqla bağlı öz ehtimalını açıqlayıb.

Reyting.az xatırladır ki, Çempionlar liqasının ¼ finalının aprelin 17-də keçirilən cavab görüşündə “Mançester Siti” öz meydanında “Tottenhem”ə 4:3 hesabı ilə qalib gəlsə də, lakin bu yarımfinala yüksəlmək üçün yetərli olmayıb.

“Bütün bunlar ona görədir ki, Qvardiolanın indi Messisi yoxdur, - Rudd Qullit vurğulayıb. – Qvardiolaya Messisiz çox çətindir. Məhz buna görə “Bavariya” ilə Çemöionlar liqasının qalibi ola bilmədi. O, titula çox yaxınlaşmışdı, lakin uğursuzluqla üzləşdi. Xosep “Barselona”dan kənarda Çempionlar liqasında qalib gəlmək istəyir. Çox təəssüf ki, indi ona yenə növbəti mövsümü gözləmək lazım gələcək. Xatırlayın, “Barselona” ona Frank Raykarddan qalmışdı. Messi o zaman böyük futbolda debüt etmişdi və zaman-zaman komandanın daha vacib oyunçularından birinə çevrilirdi. Məhz Messi Qvardiolanın “Barseona”da çalışdığı zaman vacib oyunların gedişini neçə dəfə həll etmişdi. “Mançester Siti” də yeni oyunçular üçün yüz milyonlar xərcləyib, lakin uğura hələ də nail olunmayıb. Görünür ki, qalib komandanı almaq mümkün deyil.”

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}