“Liverpul”un rekordu, “Mançester Yunayted”in antirekordu
Tarix: 22-04-2019 14:17 | Bölmə: İdman
“Liverpul”un rekordu, “Mançester Yunayted”in antirekordu

“Liverpul” İngiltərə Premper-liqasının 35-ci turunda “Kardiff”i 2:0 hesabı ilə məğlub etməklə klub rekordunu müəyyənləşdirib.

Reyting.az xəbər verir ki, “Liverpul” Premper-liqada ilk dəfə 88 xal toplayıb.

Bundan əvvəlki uğur 2008/2009-cu il mövsümündə əldə edilib. O vaxt “Liverpul” 86 xal toplayıb.

Bu qələbə sayəsində Yurqen Kloppun komandası birinci yerə yüksəlib. İkinci sıradalı “Mançester Siti”inin 86 xalı var və bir oyun az keçirib.

“Mançester Yunayted” isə “Everton”a 4:0 hesabı ilə uduzmaqla klub antirekorduna imza atıb.

Mankunianlar ilk dəfə Premyer-liqada bir mövsümdə 48 qol buraxıblar. Bundan əvvəlki göstəribi 45 olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}