UEFA Rusiya Futbol İttifaqını cəzalandırdı – 150 min avro
Tarix: 14-06-2016 15:41 | Bölmə: İdman / Xəbərlər


UEFA Rusiya Futbol İttifaqını (RFİ) cəzalandırıb.

Reyting.az "Report"a istinadən xəbər verir ki, RFİ150 min avro cərimələnib.

Bundan başqa, Rusiya yığması Avropa çempionatının sonunadək şərti diskvalifikasiyaya məruz qalıb.

"Rusiya yığması turnirin sonuna qədər diskvalifikasiya olunub. Bu cür iğtişaşlar təkrarlanarsa, komanda Avropa çempionatından xaric ediləcək",- UEFA mətbuat xidməti bildirib.

Qeyd edək ki, Rusiya və İngiltərə yığmalarının oyunundan əvvəl iki komanda azarkeşləri arasında dava düşüb. Hazırda rusiyalıfanatlar Fransadan ölkələrinə deportasiya olunurlar. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}