“Qarabağ” – “Düdelanj” oyununun hakimləri bəlli oldu
Tarix: 08-07-2016 16:17 | Bölmə: İdman


Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ” – "Düdelanj” oyunu üçün hakim təyinatları açıqlanıb.

UEFA-nın məlumatına görə, Ağdam təmsilçisinin Lüksemburq çempionu ilə matçını israilli hakimlər birqadası idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Orel Qrinfild olacaq. Ona Danni Krasikov və İdan Yarkoni kömək edəcəklər.
Xatırladaq ki, iyulun 12-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}