“Qarabağ” braziliyalı futbolçu ilə müqaviləsini ləğv etdi
Tarix: 22-01-2016 19:48 | Bölmə: İdman

"Qarabağ” braziliyalı futbolçusu Cumbinyo ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Reyting.az-ın məlumatına görə, bu haqda qol.az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, klubun belə biraddımı atmasına səbəb braziliyalı oyunçunun "Qarabağ”dan ayrılmaq istəməsi səbəb olub.

"Biz onunla əməkdaşlığı davam etdirmək istəyirdik, amma o, getmək qərarı verdi. Hazırda o, azad agent kimi istədiyi komandaya keçə bilər”, – deyə klubdan bildirilib.

Qeyd edək ki, Cumbinyonun "Qarabağ”la müqaviləsi bu yay başa çatırdı.

Onun karyerasını Yunanıstan superliqasında, əvvəlki klubu "Atromitos”da davam etdirəcəyi bildirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}