“Qəbələ”yə böyük təzyiq olacaq - Teo Uiks
Tarix: 19-07-2016 18:14 | Bölmə: İdman

"Səfərə qələbə üçün gəlmişdik və xoşbəxtlikdən buna da nail olduq. Avroliqa görüşündə səfərdə qalib gəlmək çox çətindir. Ancaq biz çox çalışdıq və qələbə qazandıq".

Reyting.az saytı Qol.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin yeni transferi Teo Uiks Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK komandası ilə keçirəcəkləri cavab görüşü öncəsi "The Bush Chicken"ə açıqlamasında belə deyib.

Artıq Avropa Liqasında 4 qol vuran liberiyalı futbolçu komandasının arxayınlaşmamalı olduğunu da bildirib: "Biz indi evdə oynayacağıq və ilk görüşdəkindən də çətin mübarizəyə atılacağıq. İkinci oyun başa çatmamış rahatlana bilmərik. MTK mərhələ adlamaları üçün mütləq qalib gəlməlidir. Buna görə də üzərimizdə böyük təzyiq olacaq. Lakin biz öz gücümüzə inanmalı və mərhələ adlamaq üçün ağır mübarizə aparmalıyıq".

Qeyd edək ki, iyulun 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - MTK oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Macarıstanda keçirilən ilk oyunda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}