PFL prezidenti Ramin Musayev: “...həmin klubun rəhbərliyi cərimə olunacaq”
Tarix: 26-07-2016 19:41 | Bölmə: İdman

 

 

"Məqsədimiz milli komanda üçün oyunçu yetişdirməkdir".

"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqanın püşkatma mərasimindəbildirib.

Onun sözlərinə görə, limityerli oyunçularımızın inkişaf etməsi vəlegionerlərin səviyyəsinin yüksəlməsi üçün qoyulub:"Vaxtilə legionerlərə görə 20 min manat rüsum ödənilirdi. Bu addımı klublarımızın səviyyəli futbolçularla güclənməsi üçün etmişdik. Hazırda da legioner limitinin azaldılması nəzərdə tutulmur.Əvvəlcə hansısa ölkəninmilli komandasındaoynayan futbolçunun üzvlük haqqından azad olunması qərara alınmışdı. Bu dagələn legionerlərin səviyyəsininyüksəldilməsi məqsədilə edilmişdi. Nəticədə klublar 5-10 minə xeyli legioner gətirdilər. Biz dəbunun qarşısını almaq üçün hazırkı limiti qəbul etdik. Bəzi gənclər ömrümüz boyu qazanmadığımız pulu 22-23 yaşında qazanır. Bununla da həyatın bitdiyini düşünürdülər. Sonra da AFFA-ya gəlib işistəyirlər. Hətta bəzifutbolçular dolanışığın çətinliyiniəsas gətirərəkməndən kömək istəyirlər. Halbuki vaxtında onlaragələcəklərinitəmin etmələri barədə tövsiyəverirdik. Son çempionatda dapul az olanda işindaha yaxşı getdiyi müəyyənləşdi. Bu il daha çox yerli futbolçu qazanacağıq. Çünki onlar özlərini göstərməyə məcburdurlar”.

PFL prezidenti deyib ki,baş məşqçimilli komandaya oyunçu seçərkən çətinlikçəkir:

"Legioner limitinin azaldılması millimizin oyunçularının hazırlıq səviyyəsinin maksimumaçatdırılması məqsədilə verilib. Həmçinin,çempionatdakı klubların sayının az olması heç də pis hal deyil. Keyfiyyətsiz 30-36 klubdansa, keyfiyyətli 8 komandanın olması daha yaxşıdır. Bu gün heç bir klub hansısa hakimin kimdənsə nəsə istədiyini deyəbilməz. Keçən mövsüm hakimlərimiz avrokuboklarda maraqlıoyunlar idarə etdilər. Çünki orada sərbəstlik var. Heç bir hakiməoyunla bağlı heç nə deyilmir. Kimin udub-uduzmağıkomandalardan asılıdır".

R.Musayev aşağı dəstədə mübarizəyə sentyabrın 15-dəstart veriləcəyini vurğulayıb: "Hələlik çempionat iştirakçılarının sayıtam müəyyənləşməyib.Yeni mövsümdə 12 komandanın iştirakı nəzərdə tutulub. Lakin siyahı hələ məlum deyil. I divizionda oynamaq istəyən klub 200-250 minlik bank təminatı göstərməlidir. Əgər bir komanda Premyer Liqada mübarizəaparmaq istəyirsəlisenziya almalıdır. "Neftçala" klubu ilə lisenziya almaları ilə bağlıdəfələrlədanışıqlar aparmışam. Ancaq komandalisenziyaalmadı. Bu il maraqlı bir mövsüm olacaq. Hər bir klubumuz ölkəninən güclüsüdür".

PFLrəhbəri Gəncə şəhər stadionuna baxış keçiriləcəyini də söyləyib: "Premyer Liqa oyunlarını qəbul edəcək 8 stadionun hamısına baxış keçiriləcək.Sabahdan nümayəndələrimiz hər bir stadionun nəzərdən keçirilməsinə başlayacaqlar. Arenalarda jurnalistlərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmalıdır. Hansı stadionda şərait olmasa, texniki avadanlıqların təchizindəhər hansıproblem yaşansa, həmin klubun rəhbərliyi cərimə olunacaq. Bu il çempionatda istifadəolunacaq rəsmi topları da sifariş etmişik. Toplar ucuz və keyfiyyətli olacaq. Oyunların həftəsonları keçirilməsinə çalışacağıq".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}